İki nəfər bədbəxt hadisə nəticəsində ölüb

İki nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 22 sentyabr 2014 10:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon sakini Abbas Qələndərov yaşadığı evin hamam otağında ehtiyatsızlıqdan yıxılması nəticəsində ölüb.

Goranboy rayon sakini Vüqar Abbasovu isə elektrik cərəyanı vurub. Nəticədə o dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR