AZAL regionlarda aviabilet qiymətlərinin ucuz olmasının səbəblərini açıqlayıb

AZAL regionlarda aviabilet qiymətlərinin ucuz olmasının səbəblərini açıqlayıb
# 24 sentyabr 2014 12:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanın regionlarından digər ölkələrə aviareyslərin tariflərinin Bakı ilə müqayisədə ucuz olması əsasən təyyarələrin istismar xərcləri ilə bağlıdır. Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişinlərə xidmət göstərən təyyarələri bahalıdır”.

APA-Economics”in xəbərinə görə, bu barədə AZAL-ın vitse-prezidenti Sabir İlyasov danışıb.

O həmçinin qeyd edib ki, regionlardakı hava limanlarında xidmətin səviyyəsi də Bakı ilə müqayisədə aşağıdır.

“Bundan başqa, bizdə infrastruktur da bir qədər fərqlidir. Bu da qiymətlərdə özünü göstərir. Amma deyim ki, regionlardakı hava limanlarının da tariflərinin bir səviyyədə olmasına çalışırıq ki, sağlam rəqabət olsun”, - deyə AZAL rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR