Bakıda "NATO günləri" keçiriləcək

Bakıda "NATO günləri" keçiriləcək
# 01 noyabr 2014 07:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 3-dən 7-dək Almaniyanın Oberammerqau şəhərində "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda və NATO İctimai əlaqələr siyasətinin hazırlanması ilə bağlı kurslar keçiriləcək.

Budapeşt şəhərində isə "Tibbi qiymətləndirmə" kursu təşkil olunacaq. Ankarada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi ilə bağlı tədbir keçiriləcək.

Bakıda "NATO günləri" tədbiri də həmin tarixlərdə reallaşacaq.

Noyabrın 3-dən 14-dək Rumıniyanın Konstanta şəhərində Hidroqrafiya və hidroqrafiya idarələri üzrə regional təlim kursu, İtaliyanın San Remo şəhərində 156-cı Beynəlxalq hərbi kurs təşkil olunacaq.

Ankarada keçiriləcək Exokardioqrafiya kursu isə noyabrın 3-dən 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR