QHT-lərə Dövlət Dəstəyi Agentliyi “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib
# 24 iyul 2024 13:33 (UTC +04:00)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib.

APA xəbər verir ki, proqramın məqsədi ictimai birliklərin inkişafına dəstək verməkdir.

Şamaxı şəhərində 15-17 avqust 2024-cü il tarixlərində proqram çərçivəsində 3 günlük təlimlər təşkil olunacaq.

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər.

Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR