"Ağ Yol" Vətəndaş Hərəkatı "Facebook"la bağlı bəyanat yayıb

"Ağ Yol" Vətəndaş Hərəkatı "Facebook"la bağlı bəyanat yayıb
# 26 avqust 2016 13:20 (UTC +04:00)

Bakı-APA. "Ağ Yol" Vətəndaş Hərəkatı "Facebook" sosial şəbəkəsilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, inkişaf etmiş Qərb dövlətlərinin laboratoriyalarında yaradılan sosial şəbəkələr dünya ictimaiyyətinə azad, demokratik məkan kimi təqdim edilsə də, əslində onların siyasi güclər tərəfindən idarə olunduğu heç kəsdə şübhə doğurmur.

"Narıncı inqilabların", "ərəb baharının", digər iğtişaş və qiyamların reallaşmasına təkan verən, qığılcımların alovlanmasında katalizator rolunu oynayan sosial şəbəkələri idarə edənlər sanki hər bir ölkə üçün spesifik fəaliyyət planları hazırlayıblar.

“Məqsəd hakimiyyətlə xalq arasında bağlılığı zəiflətmək, dövlətin sütunlarını laxlatmaq, Şərqi, xüsusilə də müsəlman ölkələrini gözdən salmaq və prosesləri Qərbin maraqlarına uyğun şəkildə idarə etməkdir” – deyə bəyanatda bildirilir.

Hərəkat bəyan edir ki, sosial şəbəkələrin bu cür qərəzli fəaliyyəti Azərbaycandan da yan keçməyib: “Aparılan müşahidə və təhlillər göstərir ki, son vaxtlar Azərbaycanda dövlətçilik ideyalarını dəstəkləyən, xaricdən gələn qeyri-ənənəvi cərəyanların fəsadlarını açıb göstərən "Facebook" səhifələrinin fəaliyyətinə heç bir əsas olmadan ciddi maneələr yaradılır. Xüsusilə, Fətullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən Türkiyədə həyata keçirilən hərbi qiyam cəhdi və ondan sonrakı proseslərlə bağlı operativ paylaşımlar edən, bu terror şəbəkəsinin fəaliyyətini ifşa edən səhifələrin fəaliyyəti "Facebook" tərəfindən məhdudlaşdırılıb. Eyni tendensiya bu ilin aprel ayında cəbhə bölgəsindəki hərbi əməliyyatlar zamanı da baş vermişdi. "Facebook" o zaman da Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin cəbhə bölgəsindən olan xəbərləri paylaşmalarına əngəl yaradırdı. Bəyan edirik ki, özünü azad sözün, fikir müxtəlifliyinin məkanı sayan "Facebook" sosial şəbəkəsinin bu hərəkəti heç bir çərçivəyə sığmır və onun siyasi güclərin əlində alət olması barədə şübhələri daha da gücləndirir”.

"Ağ Yol" Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin "Facebook" tərəfindən əsassız təqib edilməsini pisləyir və sosial şəbəkə rəhbərliyindən bu kimi halların aradan qaldırılması üçün təcili tədbirlərin görülməsini tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR