Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli vacibdir”

Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli vacibdir”
# 08 may 2014 15:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazir Artur Rasizadə Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Draqo Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirən A. Rasizadə bu səfərinin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal altında qaldığını, insanların yurd-yuvasından didərgin düşdüyünü, münaqişə zonasında sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını xatırladıb.

D. Lovriç isə regionda sülhə təhlükə yaradan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacib olduğu fikrini dəstəkləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR