Azərbaycandakı 11 aptekdə reseptsiz dərman satışı faktı aşkarlanıb

Azərbaycandakı 11 aptekdə reseptsiz dərman satışı faktı aşkarlanıb
# 04 aprel 2014 07:57 (UTC +04:00)

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yoxlamalar zamanı xüsusi razılıq sənədi (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanıb və fəaliyyəti dayandırılıb. Bundan əlavə, 11 əczaxanada reseptlə buraxılması zəruri olan preparatların reseptsiz buraxılması və yetkinlik yaşına çatmayanlara dərmanların satılması faktları Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən qeydə alınıb. Həmin apteklərə cərimə protokolları yazılıb.

Həmçinin keçirilən reydlər nəticəsində 8601 qutu Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlıq haqqında analiz protokolları olmayan, 65 qutu isə istifadə müddəti bitmiş dərman aşkarlanaraq müsadirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR