Gəncə Regional Elmi Mərkəzinin müdir müavininin ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü həbs edilib

Gəncə Regional Elmi Mərkəzinin müdir müavininin ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü həbs edilib
# 23 iyun 2014 08:04 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M. Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR