“Böyük Dəbilqə” yenə Bakıda keçiriləcək

“Böyük Dəbilqə” yenə Bakıda keçiriləcək
# 30 dekabr 2013 12:27 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum 2014-cü ildə də mötəbər yarışlardan birini Azərbaycana həvalə edib.


Belə ki, son illər Bakıda təşkil olunan “Böyük Dəbilqə” yarışlarından birinin bu dəfə də məkanı dəyişməyib. Mayın 2-də başlayacaq turnir 3 gün davam edəcək.

Qeyd edək ki, paytaxtımızda keçirilən son analoji yarışda millimiz 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR