AMEA Ədəbiyyat İnstitutunda Müdafiə Şurası və şöbələrin tərkibində ciddi dəyişikliklər ediləcək

AMEA Ədəbiyyat İnstitutunda Müdafiə Şurası və şöbələrin tərkibində ciddi dəyişikliklər ediləcək
# 20 iyun 2013 16:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli institutun gələcək inkişaf perspektivlərindən söz açıb. O, ədəbi əsərlərin beynəlxalq aləmdə təbliği məsələlərinə toxunan akademik bu sahədə mövcud problemlərdən danışıb. Elmi, ədəbi-bədii əsərlərin müxtəlif dillərə tərcüməsinin yüksək səviyyədə təşkilinin vacibliyini önə çəkən alim bunun üçün lazımi şəraitin yaradılacağını bildirib. Alim, həmçinin Azərbaycan Yazıçıları Birliyi ilə əlaqələrin genişləndirilməsinin də önəmliyini nəzərə çatdırıb.

Akademik institutda ediləcək struktur dəyişiklikləri, şöbələrin tərkibində sektorların təşkili, kadr islahatlarının aparılması, istedadlı gənclərin elmi müəssisəyə cəlb edilməsi, institutun elmi nəşrlərinin fəaliyyətinin yüksək səviyyədə təşkili, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərindən də danışaraq bütün bu tədbirlərin institutun innovativ fəaliyyətinin təşkili üçün önəmli olduğunu bildirib.

İclasda institutun tərkibində Füzuli, Nizami şöbələrinin yaradılması, Müdafiə Şurası və şöbələrin tərkibində ciddi dəyişikliklərin edilməsi, institutun 80 illik yubileyinin qeyd olunması məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR