DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 iyul 2013 10:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi keçirilib.


APA-nın məlumatına görə, mərasimi MSK sədri Məzahir Pənahov açaraq, kursların əhəmiyyəti haqda məlumat verib. M. Pənahov bildirib ki, bu tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kurslar təşkil olunub.

Toplantıda Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev seçkilərin keçirilməsində dövlətin icra qurumlarının üzərinə düşən məsuliyyət və görülən işlər haqda danışıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə təmsil etdiyi qurumla Azərbaycan hökuməti arasında seçkilərlə bağlı əməkdaşlığa toxunub.

Açılış mərasimindən sonra isə “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, “Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda isə Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun məruzələri dinlənilib. Məruzələrdən sonra isə F. Abdullayev və Z. Əsgərov kurs iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd edək ki, kurslar çərçivəsində Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, ədliyyə nazirinin müavini Azər Cəfərovun, daxili işlər nazirinin müavini Oruc Zalovun, Baş prokurorunun birinci müavini Rüstəm Usubovun, Ali Məhkəməsinin sədri Ramiz Rzayevin, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun , MSK katibi Natiq Məmmədovun, Mərkəzi Seçki Komissiyasının üzvü, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadovun və digər məruzəçilərin çıxışları nəzərdə tutulub.

Kurslar avqustun 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR