Baş Prokurorluqda MM-in komitə sədri Əli Hüseynov və deputatlarla görüş keçirilib - FOTO

Baş Prokurorluqda MM-in komitə sədri Əli Hüseynov və deputatlarla görüş keçirilib - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 12:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov və Milli Məclisin deputatları ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən silsilə tədbirlər, idarənin fəaliyyət istiqamətləri, xüsusilə idarəyə əməliyyat-axtarış funksiyası həyata keçirmək səlahiyyətinin verilməsi, istintaq edilən cinayət işləri və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. İdarənin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsini diqqətə çatdıran K.Əliyev, bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və kompleks tədbirlərin həyata keçirildiyini və beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Qeyd edilib ki, dövlət siyasətinin prioritet istiqaməti olan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmaqla son illərdə bir sıra qanunverici və praktiki tədbirlər həyata keçirilib, dövlət proqramları uğurla icra olunmuş və Milli Fəaliyyət Planları qəbul edilib.

Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 30-da idarənin yeni inzibati binasının açılışında iştirakı və kollektivlə görüşərək tapşırıq və tövsiyələr verməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü kimi dəyərləndirilib.

Görüşdə ölkə başçısının inzibati binanın açılışı zamanı verdiyi göstərişlərə, habelə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR