Azərbaycanın xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş təbir keçirilib

Azərbaycanın xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş təbir keçirilib
# 19 aprel 2014 07:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 18-də Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunan xatirə təbiri keçirilib.

Film Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev və əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli aktyor Ağahüseyn Cavadovun həyat və yaradıcılığından, Azərbaycan kino və teatr tarixindəki xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Xatirə tədbirində aktyorun çəkildiyi filmlərdən parçalar göstərilib, yaradıcılığına həsr olunmuş fotosərgi nümayiş olunub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib.

Qeyd edək ki, A. Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. O, "Bəxtiyar", "Görüş", "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Əhməd haradadır", "Sehrli xalat", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" və s. Azərbaycan filmlərində yaddaqalan obrazlar yaradıb. Aktyor 1981-ci ildə Bakıda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR