Bağdadda jurnalist öldürülüb

Bağdadda jurnalist öldürülüb
# 27 dekabr 2013 00:18 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda, beynəlxalq aeroportun yaxınlığında jurnalist həlak olub. APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, jurnalist minaatanlardan açılan atəş nəticəsində ölüb.

Ehtimala görə, terrorçuların hədəfi beynəlxalq aeroportun binası olub.

Hücum nəticəsində yalnız təyyarələrin şəklini çəkən jurnalist həlak olub, digər ölən və yaralanan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR