Azərbaycanda şagirdlərin dərsə davamiyyətini araşdırmaq məqsədilə yoxlamalar aparılacaq - VİDEO

Azərbaycanda şagirdlərin dərsə davamiyyətini araşdırmaq məqsədilə yoxlamalar aparılacaq - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 07:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi yeni dərs ilindən şagirdlərin, xüsusilə, yuxarı sinif şagirdlərinin dərslərə davamiyyətini araşdırmaq məqsədilə yoxlamalar aparacaq. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub, məktəb direktorlarına lazımi təlimati göstərişlər verilib. Təhsil şöbələri bu məqsədlə davamlı araşdırmalar aparır. Təhsil Nazirliyi də seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək.

Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ilə bağlı mövcud vəziyyətə gəlincə, məktəb direktorları bu sahədə problemlərin yaranmaması üçün müvafiq tədbirlər görürlər və bu məsələ nəzarətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR