Azərbaycan Afrikada biznes imkanlarını araşdırır

Azərbaycan Afrikada biznes imkanlarını araşdırır
# 05 oktyabr 2013 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "Afrikada Biznes İmkanları" mövzusunda təqdimat keçiriləcək.

“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, təqdimat Afrika qitəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli dörd ölkəyə - Anqola, Namibiya, Botsvana və Cənubi Afrikaya həsr olunub. Həmin ölkələrə dair toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə kənd təsərrüfatı, enerji, telekommunikasiya, inşaat, turizm və s. kimi sahələr üzrə potensial biznes imkanları dəyərləndirilib.

Təqdimat oktyabr 11-də tarixdə saat 10:00-da Azərbaycan Diplomatik Akademiyasında (Ünvan: Əhmədbəy Ağaoğlu küç, 11, "Gənclik" metro stansiyasının yaxınlığı) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR