Azərbaycan və Sinqapur qarşılıqlı investisiya qoyuluşlarında maraqlıdır

Azərbaycan və Sinqapur qarşılıqlı investisiya qoyuluşlarında maraqlıdır
# 20 sentyabr 2013 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sinqapur Ticarət və Sənaye Nazirliyinin baş dövlət naziri Li Yi Şyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə qarşılıqlı investisiya qoyuluşuna, Azərbaycanda yaradılan sənaye parklarında Sinqapur şirkətlərinin iştirakına, biznes mühiti və sahibkarlığın inkişafı sahəsində təcrübə mübadiləsinə, iş adamlarının iştirakı ilə birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Sinqapurun «Keppel Offshore & Marine» şirkətinin də paya malik olduğu Bakı Gəmiqayırma Zavodu qeyri-neft sektorunda həyata keçirilmiş mühüm layihələrdən olmaqla Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Xatırladaq ki, sinqapurlu nazir bu gün Bakı Gəmiqayırma Zavodunun rəsmi açılış mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR