Zaqatala rayon sakinini bıçaqlayıb qaçan şəxs tutulub - VİDEO

Zaqatala rayon sakinini bıçaqlayıb qaçan şəxs tutulub - <span style="color: red;">VİDEO
# 08 mart 2014 14:39 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonunun sakinini bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Ağsu rayon sakini həbs edilib.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində martın 7-də axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində, Zaqatala rayonu Yuxarı Tala kənd sakini 47 yaşlı Elxan Mömin oğlu Teymurxanovu ürək nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçan Ağsu rayon sakini , 1979-cu il təvəllüdlü Mustafayev Murad Ələhməd oğlu yaşadığı Ağsu rayon ərazisində saxlanılaraq, Zaqatala rayon Polis Şöbəsinə gətirilib.

Qeyd edək ki, martın 7-də axşam saatlarında Elxan Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq yarası ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq Elxan Teymurxanovun həyatını xilas etmək mümkün olmayıb.

Murad Mustafayev Elxan Teymurxanovu şəxsi münaqişə zəminində bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR