Naxçıvan sakini Türkiyədə ölümlə nəticələnən yol qəzası törədib

Naxçıvan sakini Türkiyədə ölümlə nəticələnən yol qəzası törədib
# 09 noyabr 2013 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Naxçıvan sakini Türkiyədə ağır yol qəzası törədib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Naxçıvan-Aralıq yolunda qeydə alınıb.

Naxçıvan sakininin idarə etdiyi 85 CX 610 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Sahit Tekceni vurub. Ağır vəziyyətdə İqdır xəstəxanasına çatdırılan piyada orada keçinib.

Baş vermiş hadisə ilə əlaqədar Türkiyə hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb. Hadisəni törədən Azərbaycan vətəndaşının adı açıqlanmır. O, polis nəzarətinə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR