Nazir: “Azərbaycanda dinamik iqtisadi inkişafı istəyiriksə, insanların savadının artmasına nail olmalıyıq”

 Nazir: “Azərbaycanda dinamik iqtisadi inkişafı istəyiriksə, insanların savadının artmasına nail olmalıyıq”
# 12 noyabr 2012 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA “Biz Azərbaycanda sabitliyi, dinamik iqtisadi inkişafı istəyiriksə, ilk növbədə, insanların savadının, bilik və bacarıqlarının artmasına nail olmalıyıq. Azərbaycan bütün sahələrdə böyük irəliləyişlərə nail olur və bu inkişafın davamlı olmasına çalışmaq lazımdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüşündə deyib. O bildirib ki, ölkənin davamlı inkişafında gənclər böyük məsuliyyət daşıyır. Nazirin sözlərinə görə, bütün bunları həyata keçirmək üçün ən vacib məsələ cəmiyyətin resurslarından səmərəli istifadə etməkdir. Ən vacib resurs isə insan amilidir. Bir məlumatı qeyd edim ki, dünyanın ən yüksək inkişaf etmiş ölkələrinin resurslarının 70 faizini insan resursları təşkil edir. Bu gün Azərbaycanda ən çox işlə təmin olunanlar peşə məktəblərini bitirmiş şəxslərdir”.

M. Mərdanov onu da deyib ki, nazirlik müəllimləri işə qəbul edərkən namizədlərin stajını nəzərə almır. 2012-2013-cü tədris ili üzrə orta məktəblərə işə qəbul olmaq üçün 16 min nəfər namizəd sənəd verib: “Bəzi ixtisaslar üzrə, məsələn ibtidai sinif müəllimi işləmək üçün 1 yerə 50 nəfər müraciət edib. Bu il sənəd verənlərin 3000 nəfərə yaxını imtahandan müsbət qiymətlər alaraq müəllim vəzifəsinə işə qəbul olunub. Bu il Azərbaycanın ucqar kənd məktəblərinə imtiyazlı yerlər üzrə nəzərdə tutulan 800 yerə 750-yə yaxın gənc qəbul olunaraq kəndlərə göndərilib”.

Daha sonra təhsil naziri gəncləri maraqlandıran suallara cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR