Terrorçular İraqda Yezidi tayfasından olan 300 kişini edam edib, 3 mindən çox qadını əsir götürüblər - VİDEO

Terrorçular İraqda Yezidi tayfasından olan 300 kişini edam edib, 3 mindən çox qadını əsir götürüblər - <span style="color: red;">VİDEO
# 16 avqust 2014 21:49 (UTC +04:00)

Onlar Sincar rayonunun şərqindəki Təl-Afar şəhərində yaradılmış düşərgədə saxlanılır. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının böhran qrupunun rəhbəri Donatella Rovero bildirib.

Onun sözlərinə görə, Sincar rayonun kişi əhalisi kütləvi şəkildə qətlə yetirilir. Belə ki, Mücəma əl Cəzirə kəndində 300-dək kişi terrorçular tərəfindən edam edilib. Mosulun qərbindəki Koco kəndində isə silahlılar 80-dən çox kişini qətlə yetirib, 135 qadını isə girov götürüblər.

“Əl Mayədin” telekanalının məlumatına görə, “İslam Dövləti” qruplaşmasının nəzarəti altında olan ərazilərdə qadın qul bazarları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR