Avropa Şurası və Avropa İttifaqı dünya ölkələrini edam cəzasını ləğv etməyə çağırıblar

Avropa Şurası və Avropa İttifaqı dünya ölkələrini edam cəzasını ləğv etməyə çağırıblar
# 10 oktyabr 2014 10:46 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Avropa Şurası və Avropa İttifaqı BMT Baş Assambleyasınıın 69-cu sessiyası ərəfəsində bütün üzv ölkələrə müraciət edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, AŞ baş katibi Tyorbyorn Yaqland və Aİ-nin beynəlxalq məsələlər üzrə komissarı Ketron Eşton birgə bəyanatlarında dünya ölkələrini edam cəzasının ləğvi haqqında qətnaməni dəstəkləməyə çağırıblar.

Sənəddə bir sıra ölkələrdə edam cəzasının qalmasından dərin narahatlıq ifadə olunur və bu cür cəza hökmünün istənilən halda yolverilməz olduğu vurğulanır.

Qeyd edək ki, 140 ölkədə edam cəzası ləğv olunub, 58 ölkədə isə hələ də qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR