Paşha Bank
Bank Of Baku

Cənubi Afrikanın sabiq prezidenti beş gündür xəstəxanadadır

Ceykob Zuma

© APA | Ceykob Zuma

# 11 oktyabr 2026 11:36 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Ceykob Zuma beş gündür xəstəxanada müalicə alır.

APA yerli KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı siyasətçi oktyabrın 7-də KwaZulu-Natal əyalətinin Pitermaritsburq şəhərindəki özəl xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onun vəziyyəti ağır olub. Lakin oktyabrın 9-da səhhəti sabitləşib. Oktyabrın 10-dan etibarən Zuma hərbi həkimlərin də daxil olduğu tibbi heyətin nəzarətinə götürülüb.

Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ceykob Zuma 2009–2018-ci illərdə CAR-ın prezidenti olub. Hazırda o, ölkənin əsas müxalifət qüvvələrindən biri olan “Umkhonto we Sizwe” (MK) partiyasına rəhbərlik edir. Noyabrın 4-də ölkədə yerli seçkilərin keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR