Dmanisidə süd zavodunun təməlqoyma mərasimi keçirilib - FOTO

Dmanisidə süd zavodunun təməlqoyma mərasimi keçirilib   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 12:30 (UTC +04:00)

Dmanisi. Nizami Məmmədzadə - APA. Bu gün Dmanisidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə inşa olunacaq “Dmanisi Milk” (“Dmanisi Süd”) zavodunun təməlqoyma mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Almaniyanın Gürcüstandakı səfirliyinin iqtisadiyyat üzrə üçüncü katibi Peter Kupars, AYİB və Almaniya-Gürcüstan birgə ticarət rəhbərliyi, Almaniyanın 8 nüfuzlu şirkətinin, “Akkord” korporasiyasının nümayəndələri və Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə qeyd olunub ki, yeni inşa ediləcək süd zavodu gələn ilin noyabr ayında istifadəyə veriləcək. Gürcüstan hökuməti zavod inşası üçün 762 hektar torpaq sahəsi, AYİB isə 8 mln. 800 min avro vəsait ayırıb. Zavodun tikintisində 250-300 nəfər çalışacaq. Müəssisə istifadəyə verildikdən sonra 40 nəfər daimi işləyəcək, 12 nəfər isə mövsümlə əlaqədar çalışacaq.

Qeyd edək ki, Dmanisi süd zavodu 1903-cü ildə alman iş adamı Kuçenbax tərəfindən inşa edilib. 1940-cı ilə qədər burada vaxtilə “İsveçrə” markalı pendir istehsal edilib və Gürcüstanda, eləcə də xarici ölkələrdə satılıb. Köhnə süd zavodu Dmanisidə fəaliyyət göstərən “Ormeşən tikinti müəssisəsi” tərəfindən 2010-cu ildə özəlləşdirilib və rəhbərlik Almaniya şirkətlərinə yeni texnologiyaya cavab verən Avropa standartlarına uyğun süd zavodu tikmək üçün müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR