TQDK dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib

TQDK dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib
# 23 aprel 2013 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu kateqoriyadan olan abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) 1 – 21 may tarixlərdə TQDK-ya və ya qurumun regional bölməsinə təqdim etməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Müsabiqələrin və yarışların siyahısı ilə daha ətraflı məlumatı TQDK-nın rəsmi internet saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR