82 yaşlı Qax sakini kimyəvi dərmandan zəhərlənib

82 yaşlı Qax sakini kimyəvi dərmandan zəhərlənib
# 24 aprel 2013 06:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Qax rayon sakini kimyəvi dərmandan zəhərlənib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib.

Xəstəxanadan bildirilib ki, aprelin 23-ü axşam saat 20.50 radələrində Qax rayonu Güllük kənd sakini, 1931-ci il təvəllüdlü Abdullayev Rüstəm Abdulla oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub.

İlkin müayinə və araşdırma zamanı məlum olub ki, 82 yaşlı Rüstəm Abdullayev kəsəyənləri öldürmək üçün istifadə olunan kimyəvi dərmandan zəhərlənib.

R. Abdullayeva ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR