Azərbaycana səfərə gələn Pakistan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana səfərə gələn Pakistan prezidentinin rəsmi qarşılanma mərasimi olub
# 11 mart 2015 14:40 (UTC +04:00)

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti İ. Əliyev Pakistan prezidenti Məmnun Hüseyni qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistan prezidentinə raport verib.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Pakistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.



Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məmnun Hüseynə, Pakistan nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR