Xaçmazda baş verən yanğında bir nəfər yanaraq ölüb

Xaçmazda baş verən yanğında bir nəfər yanaraq ölüb
# 30 aprel 2015 06:34 (UTC +04:00)

Bakı - APA. Xaçmaz rayonunun Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus, ümumi sahəsi 20 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A. Muradxanovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR