Azərbaycanla Əfqanıstan iqtisadi əlaqələrini genişləndirir - FOTO

Azərbaycanla Əfqanıstan iqtisadi əlaqələrini genişləndirir - <span style="color: red;">FOTO
# 11 fevral 2015 15:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalilini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev səfir təyin olunması münasibətilə M. T. Xalilini təbrik edib, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamış, iqtisadi əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Diplomat öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR