Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edib

Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edib
# 15 oktyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşları qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar iştirak edib.

Ümumilikdə 19 nəfərin sağlamlıq problemləri, işlə təminatı və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılaraq həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR