“Bank VTB (Azərbaycan)”ın aktivləri il ərzində 79% artıb

“Bank VTB (Azərbaycan)”ın aktivləri il ərzində 79% artıb
# 05 may 2015 07:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ilin birinci rübündə “Bank VTB (Azərbaycan)”ın aktivləri 367 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 79% çoxdur. Bankın kredit portfeli il ərzində 77% artaraq 345 mln. manatı ötüb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfelinin strukturunda 154 mln. manat və ya 45% istehlak kreditlərinin payına düşüb. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 66 mln. manat və ya 74% çoxdur. 2015-ci ilin I rübündə istehlak kreditlərinin əsas hissəsi avtokreditin və nağd kreditlərin payına düşüb - 67 mln. və 65 mln. manat.

Ümumi kredit portfelində sahibkarlığa ayrılan kreditlərin payı 190,5 mln. və ya 55% təşkil edib. Kiçik sahibkarlığın maliyyələşməsinə bank 119 mln. manat ayırıb ki, bu da 2014-cü ilin göstəricisi ilə müqayisədə 57 mln. manat və ya 93% çoxdur. Orta və iri sahibkarlığın inkişafına bank 72 mln. manat yönəldib. Belə ki, “Bank VTB (Azərbaycan)” orta və iri sahibkarlığın kreditləşməsini 60% artırıb.

2015-ci ilin I rübündə depozit portfelinin artması müşahidə olunub. Əmanətlərin həcmi 22 mln. manatı keçib ki, bu da ötən ilin həmin dövrünə olan göstəricidən 46% çoxdur.

“Bankın depozit portfelinin artımı müsbət haldır. Bu müddət ərzində biz depozit məhsullarımızın sırasını genişləndirərək, müştərilərimizə daha sərfəli şərtlər təqdim etmişik. Gələcəkdə də əhaliyə keyfiyyətli bank xidmətləri göstərmək niyyətindəyik”, - deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR