Fələstinli məhbuslar İsrail həbsxanasında etiraz aksiyası keçirib

Fələstinli məhbuslar İsrail həbsxanasında etiraz aksiyası keçirib
# 02 aprel 2013 18:14 (UTC +04:00)

Bakı-APA. Fələstinli məhbuslar İsrail həbsxanasında etiraz aksiyası keçirib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, məhbuslar həbsxana rəhbərliyini onların ölümcül xəstələnmiş həmyerlisinə lazımi tibbi yardım göstərməməkdə ittiham edib.

Sui-qəsdə cəhdə görə ömürlük cəza hökmü almış Maysara Əbu Həmdiyə xərçəng xəstəliyindən Beer Şeva şəhərinin xəstəxanasında keçinib.

Həbsxana rəhbərliyi iddia edir ki, məhbusa vaxtında ixtisaslaşmış tibbi yardım göstərilib və onun barəsində vaxtından əvvəl icbari azadlığa buraxəlmasına dair prosedur başlanmışdı.

Fələstinli liderlər iddia edir ki, İsrail hökuməti Əbu Həmdiyəyə çox gec tmüalicə etməyə başladılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR