Azərbaycan və Butan Krallığı arasında diplomatik münasibətlərin qurulması haqqında kommünike imzalanıb

Azərbaycan və Butan Krallığı arasında diplomatik münasibətlərin qurulması haqqında kommünike imzalanıb
# 08 fevral 2013 08:25 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Nyu-Yorkda Azərbaycan və Butan Krallığı arasında diplomatik münasibətlərin qurulması haqqında kommünike imzalanıb.

APA-nın xəbərinə görə, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində imzalanan sənədə daimi nümayəndə, səfir Aqşin Mehdiyev və Butanın BMT yanında daimi nümayəndəsi, səfir Lxatu Vaanqçuk imza atıb.

Sənəd iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR