Azərbaycanın təhsil naziri Fransa XİN-in xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın təhsil naziri Fransa XİN-in xüsusi nümayəndəsini qəbul edib
# 01 iyul 2016 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Fransanın mərkəzsizləşdirmə və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərinin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Foru qəbul edib.

Təhsil Nazirliyindən APA-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu kontekstdə iki ölkənin regionları arasında əməkdaşlıq çərçivəsində təhsil komponenti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə Azərbaycanda fransız dilinin tədrisi, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsi kimi məsələlərə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR