Bakı sakinindən işə düzəltmək adı ilə külli miqdarda pul alınıb

Bakı sakinindən işə düzəltmək adı ilə külli miqdarda pul alınıb
# 16 iyul 2014 07:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakini dələduz tərəfindən aldadılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Cəlil Məlik oğlu Xəlilov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən ilin dekabrında rayonun Lermontov küçəsi 107 ünvanında Fazil adlı şəxsə işə düzəltmək adı ilə 30 min ABŞ dolları verib. Lakin sonuncu ona qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR