ETSN Siyəzən və Lerikdə baş vermiş yanğın nəticəsində dəyən ziyanı açıqlayıb

ETSN Siyəzən və Lerikdə baş vermiş yanğın nəticəsində dəyən ziyanı açıqlayıb
# 31 iyul 2014 14:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamenti iyul ayında Siyəzən və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisələrində baş vermiş yanğın nəticəsində təbiətə dəyən ziyanı açıqlayıb.

Departamentdən APA-ya verilən məlumata görə, iyulun 6-da Siyəzən Meşə Mühafizəsi Bərpası Müəssisəsində baş verən yanğın nəticəsində 5 hektar ərazi yanğına məruz qalıb. Aparılan araşdırma zamanı məlum olub ki, yanğın nəticəsində təbiətə 2345 manat ziyan dəyib. İyulun 20-də Lerik Meşə Mühafizəsi Bərpası Müəssisəsində baş verən yanğın zamanı isə və 16 hektar örtülü meşə ərazisi yanğına məruz qalıb. Həmin yanğın zamanı təbiətə dəyən ziyan 1117 manat olub.

Sonuncu yanğın isə ötən gün axşam Cəlilabad Meşə Mühafizəsi Bərpası Müəssisəsində olub. 1 hektara yaxın ərazidə yanğın baş verib. Hazırda bununla bağlı Komissiya ayrılıb və dəymiş ziyanı müəyyənləşdirmək üçün araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR