Yığmamızın hücumçusu Almaniyada klubunu dəyişib

Yığmamızın hücumçusu Almaniyada klubunu dəyişib
# 01 sentyabr 2014 12:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov yenidən klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, bu yay “Tsvaybrükken”ə keçən hücumçu bu komandada uzun müddət qalmayıb.

Klubda yaranan maliyyə problemləri onu “Saarbrukken”dən gələn təklifi dəyərləndirməyə məcbur edib. Regionalliqa təmsilçisi Rüfətlə iki illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Dadaşov 2016-cı il iyunun 30-dək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu “Tsvaybrükken”ə qədər “Qonsenhaym” (2010-12) və “Kayzerslautern-2” (2012-14) komandalarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR