Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya hərbçiləri sentyabrda keçirilən “Mərkəz-2015” təlimləri zamanı “İslam dövləti” terror qruplaşması və “Taliban” hərəkatına qarşı mübarizə taktikasına yiyələniblər”.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
O əlavə edib ki, təlim zamanı əsas diqqət real döyüş şəraitinə yaxın şərtlərin yaradılması məsələsinə ayrılıb: “Mərkəz-2015” təliminin əsas mövzularından biri terror təşkilatlarının xəyali döyüşçüləri ilə mübarizə və Mərkəzi Asiyada silahlı münaqişələrin lokallaşdırılması olub”.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə aviazərbələr endirməyə başlayıb.