Bolqarıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Bolqarıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 19 mart 2013 13:55 (UTC +04:00)

Bakı – APA. Bu gün Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Hristova Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbdən APA-ya verilən xəbərə görə, rektor Elmar Qasımov BANM-in tarixi və fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək bildirib ki, bu ali məktəbin yaranmasında əsas məqsəd Azərbaycan və ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

BANM-ə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib. O, ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-in önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən E.Qasımov qeyd edib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub.

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova BANM-ə gəlişindən məmnunluq hissləri keçirdiyini vurğulayıb. O, Azərbaycan xalqının milli və ənənəvi bayramı olan Novruz bayramı münasibətilə öz təbriklərini və xoş arzularını rektora çatdırıb. Səfir qısa vaxt ərzində BANM-də yaradılan şəraitdən və əldə olunan yüksək nəticələrdən razı qalaraq, ali məktəblə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR