Azərbaycanda quraşdırılan POS-terminalların 70%-i Bakının payına düşür

Azərbaycanda quraşdırılan POS-terminalların 70%-i Bakının payına düşür
# 28 noyabr 2014 11:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Cari ilin noyabr ayının 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 64 297 ədəd olub ki, bunun 42 902-i Bakı şəhərində, 20 530-u isə regionlarda yerləşir.

APA-Economics”in xəbərinə görə, keçən ay ilə müqayisədə POS-terminalların sayında 9,71% artım, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə, 83,50% artım müşahidə olunub.

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilə nisbətən 9,34% artaraq 5 861 mln. çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR