Milli Onkoloji Mərkəz mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib

Milli Onkoloji Mərkəz mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib
# 06 yanvar 2015 14:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğul-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilb.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəz mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil olunub.

Bununla da Azərbaycanda mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin sayı 215-ə çatıb. Milli Onkoloji Mərkəzin mühafizəsinin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR