Bakıda “Elite Horse Club” atçılıq klubunun açılışı olub - FOTO - VİDEO

Bakıda “Elite Horse Club” atçılıq klubunun açılışı olub - <font color=red>FOTO - VİDEO</font>
# 29 iyun 2012 20:32 (UTC +04:00)
APA-nın məlumatına görə, klubun açılış mərasiminə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov, Avropa Azərbaycan Cəmiyyətinin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov, tanınmış ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları öncə klubda yaradılmış şəraitlə tanış olublar. Qonaqlara atların saxlanma və bəslənmə yerləri, at sürmək üçün yaradılmış sahələr nümayiş etdirilib.

Tədbirdə çıxış edən “Elite Horse Club”un rəhbəri Etibar Quliyev bildirib ki, klubun məqsədi atçılıq idman növünün inkişafına xidmət göstərmək, bu idman növünü sevdirməkdir: “Bunun üçün klubda lazım olan bütün şərait yaradılıb. Ümumi ərazisi 26 hektar təşkil edən klubda atçılıq idmanının bütün növləri ilə məşğul olmaq mümkündür. burada eyni zamanda həvəskarların atlarının qulluq və baxımı da həyata keçiriləcək”.

Atçılığın Azərbaycan xalqının qədim idman növlərindən olduğunu deyən E. Quliyev “Elite” klubda yerli at cinsləri ilə yanaşı kiçik poni cinslərinin də olduğunu, atçılıqla məşğul olmaq istəyən uşaqlara da bu idman növünün öyrədiləcəyini bildirib. Kluba qatılmaq üçün hər bir şəxs müraciət edə bilər.

Daha sonra Azərbaycan jokeyləri tərəfindən qonaqlara at şousu nümayiş etdirilib. Jokeylər poni, Qarabağ və Holland cinsli atlarda müxtəlif şoular nümayiş etdiriblər. Qarabağ atının musiqi ilə həmahəng oyun hərəkətləri isə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu atlar bu il Böyük Britaniyada keçirilən ənənəvi at şousunda iştirak edib və izləyicilərin, həmçinin Britaniya mediasının diqqətini çəkən görüntülər nümayiş etdirib.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırda Azərbaycanda atçılıq idman növü yeni dövrünü yaşayır, ölkədə idmanın bu növü ilə bağlı yarışlar keçirilir. Azərbaycan idmançısı London olimpya oyununa lisenziya qazanıb: “Bu gün Azərbaycan komandası dünyada ən güclülər sırasında yer alır. Atçılıq Federasiyası tərəfindən həm Binə, həm də Novxanıda atçılıq idmanı üçün böyük şərait yaradılıb, Burda gənclər bu idman növünü öyrənə bilərlər. Belə idman bazalarının açılması atçılıq idmanının inkişafına təkan verəcək. Biz buna inanırıq. Baxmayaraq ki, bu elit klubdur, amma burada da uşaqlar, gənclər məşq edəcəklər”.
A.Rəhimov Azərbaycanda atçılıqla bağlı tarixi idman növlərinin bərpası və yaşadılması istiqamətində federasiya tərəfindən işlərin aparıldığını da qeyd edib.

Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də bu idman növünə maraq göstərənlərin olduğunu bildirib.

E. Quliyev azərbaycanlı idmançı Camal Rəhimovun London Olimpiyadasında çıxış edəcəyi atın artıq müəyyənləşdiyini deyib: “Hazırda idmançı atla məşq edir və ciddi nəticələr əldə etməkdədir. Olimpiya oyunlarında azərbaycanlı idmançı “Warrior” yəni “Döyüşçü” adlı atla çıxış edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR