Özbəkistanın yeni səfiri etimadnamələrinin surətinin Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Özbəkistanın yeni səfiri etimadnamələrinin surətinin Azərbaycanın xarici işlər nazirinə təqdim edib
# 08 may 2012 13:23 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnamələrinin surətini nazir E. Məmmədyarova təqdim edən Ş. Fayziyev ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təbriklərini çatdıran Özbəkistan səfiri Heydər Əliyevin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında müstəsna rolunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Özbəkistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qonağın diqqətinə çatdıraraq, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Görüşün sonunda Nazir Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə Özbəkistanlı diplomatı təbrik etmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR