ABŞ mediasında Şuşanın işğalının ildönümü ilə bağlı press-reliz yayılıb

ABŞ mediasında Şuşanın işğalının ildönümü ilə bağlı press-reliz yayılıb
# 09 may 2012 10:26 (UTC +04:00)
Baş Konsulluqdan APA-ya verilən məlumata görə, bunların sırasında “ABC-7 San Francisco”, “NBC-5 Seattle” və “Northwest Cable News” kimi televiziya kanallarını, “Boston Globe”, “Worcester Telegram & Gazette” (Massaçussets ştatı), “Sacramento Bee”, “Los Angeles Business” (Kaliforniya ştatı), “The Herald” (Cənubi Karolina ştatı) kimi qəzetləri və “YahooNews” xəbər portalını qeyd etmək olar.

Press-relizdə Şuşa şəhərinin tarixi, Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatının inkişafında oynadığı əvəzolunmaz rol barədə məlumat verilir, Ermənistan tərəfindən işğalı nəticəsində şəhərin bütün əhalisinin didərgin salındığı, saysız-hesabsız mədəniyyət, dini və tarixi abidələrin yerlə-yeksan olunduğu bildirilir. Həmçinin Şuşanın işğalının Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin mühüm tərkib hissəsi olduğu qeyd edilir. Sonda beynəlxalq birliyin ədalətin bərpası uğrunda effektiv səylər göstərməsinin zəruriliyi vurğulanır və ədalətin yalnız bir halda – Azərbaycan torpaqlarının işğalına son qoyulacağı və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağı təqdirdə bərpa olunacağı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR