Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsgərin əsir götürülməsi barədə məlumat yayıb

Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsgərin əsir götürülməsi barədə məlumat yayıb
# 26 iyul 2012 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, məlumatda bildirilir ki, “bu gün Azərbaycan vətəndaşı, sıravi Firuz Fərəcov Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində sərhədi keçərək erməni snayperlərinə təslim olub. Sərhəd pozucusu saxlanıb, araşdırma aparılır”. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərinin əsir götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlandırıldığını deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova APA-ya bildirib ki, onlar bu barədə məlumatı mətbuatdan alıblar: “Hələlik BQXK-da bununla bağlı məlumat yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR