Pentaqon ABŞ Konqresinə İranla bağlı yeni hesabat təqdim edib

Pentaqon ABŞ Konqresinə İranla bağlı yeni hesabat təqdim edib
# 11 iyul 2012 16:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Konqresə İranla bağlı yeni hesabat təqdim edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Leon Panettanın imzası ilə Konqresə təqdim olunmuş sənəddə bildirilir ki, İran Silahlı Qüvvələrini gücləndirib: “Belə ki, İran qısa və uzaq mənzilli ballistik raketlərin sınağını uğurla həyata keçirib. 2015-ci ildə bu ölkə artıq qitələrarası ballistik raketləri də sınaqdan keçirmək imkanı əldə edəcək. Çünki hazırda buna potensial imkanları var. İran artıq “Şahab-3” uzaqmənzilli dağıdıcı raketlərini sınaqdan keçirir. Bu raketlər Şərqi Avropaya və İsrailə qədər məsafə qət etmək və düşən ərazilərə ciddi zərər vurmaq imkanına malikdir”.

Hesabatda həmçinin İranın İraqdakı şiə hərəkatına yardım etməsi, Suriya rejiminə dəstək olması, “Həmas” və “Hizbullah” qruplaşmalarına istehsal etdiyi ballistik raketləri ötürməsi məsələsi də yer alıb. Eyni zamanda sənəddə İranın döyüş gəmilərini məhv etmək üçün yeni silahlar istehsal etdiyi vurğulanıb. Bundan başqa, hesabatda İranın yeni döyüş gəmiləri və sualtı qayıqlar da istehsal etdiyi qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR