ABŞ-da prezidentliyə namizədlər reklam kampaniyasına 1 milyard dollar xərcləyiblər

ABŞ-da prezidentliyə namizədlər reklam kampaniyasına 1 milyard dollar xərcləyiblər
# 03 noyabr 2012 06:55 (UTC +04:00)
APA-nın məlumatına görə, respublikaçı Mitt Romninin seçki qərargahı və tərəfdarları reklam məqsədilə 573,2 milyon dollar, Obamanın komandası isə 394,4 milyon dollar xərcləyiblər. Bu, 2008-ci il prezident seçkilərində hər iki partiyanın reklam məqsədilə xərclədiyi vəsaitdən iki dəfə artıqdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək. Son sosioloji sorğulara görə, hazırkı prezident Barak Obama və respublikaçıların namizədi Mitt Romninin seçkilərdə qalib gəlmək şansı bərabərdir. “The Washington Post”un son araşdırmasına görə, hər iki namizədin reytinqi 49 faiz təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR