Azərbaycanda bu il korrupsiya cinayətləri üzrə 26 cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib

Azərbaycanda bu il korrupsiya cinayətləri üzrə 26 cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib
# 02 mart 2012 08:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində 2012-ci il ərzində korrupsiya cinayətləri üzrə 26 cinayət işi yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib. APA-nın xəbərinə görə, bunu idarə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, bunlar ən müxtəlif sahələrlə bağlı olan korrupsiya cinayətləridir. K. Əliyev bildirib ki, cinayət işləri “qaynar xətt”ə daxil olan məlumatlar və idarənin apardığı araşdırmalar nəticəsində qaldırılıb.
K. Əliyev, hazırda idarənin icraatında 85 cinayət işinin istintaqının getdiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR