Azərbaycanın “Eurovision -2012” təmsilçisi Səbinə Babayeva ilk məşqini edib - FOTOSESSİYA

Azərbaycanın “Eurovision -2012” təmsilçisi Səbinə Babayeva ilk məşqini edib - <font color=red>FOTOSESSİYA</font>
# 19 may 2012 15:30 (UTC +04:00)
APA-nın məlumatına görə, təmsilçimiz səhnəyə Azərbaycanın dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovla birgə çıxıb. «When the Music Dies» mahnısını oxuyan Səbinənin çıxışına Alim Qasımovun muğam ifası xüsusi ovqat qatıb.

Məşq prosesindən məlum olub ki, S. Babayeva “Eurovision- 2012” səhnəsində şou ənənələrini, incəsənətin və texnologiyaların sintezini təqdim edəcək.
Bugünkü məşqdə Səbinə öz səhnə paltarını təqdim edən tək ifaçı olub. Məlum olub ki, Səbinə Babayeva mayın 26-da “Baku Crystal Hall” səhnəsinə ağ rəngli səhnə geyimi ilə çıxacaq.

Çıxışın quruluşçusu Lars Betkenin bildirdiyinə görə, S. Babayevanın paltarından və səhnədən «When the Music Dies» mahnısının hekayətindən bəhs etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, bugünkü məşqdə Səbinə Babayevanı Alim Qasımovla yanaşı, üç vokalçı müşayiət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR