Rusiya-Azərbaycan matçında polis 40-dan çox futbol azarkeşini saxlayıb

Rusiya-Azərbaycan matçında polis 40-dan çox futbol azarkeşini saxlayıb
# 17 oktyabr 2012 01:24 (UTC +04:00)
Bakı-APA. Moskvada, 2014-cü il futbol üzrə Dünya Çempionatının seçmə turu çərçivəsində Rusiya və Azərbaycan arasında keçirilən matçda, polis müxtəlif qanun pozuntularına görə 40-dan çox futbol azarkeşini saxlayıb.

APA-nın “Mayak” radiosuna istinadən verdiyi xəbərə görə, polis əməkdaşları bildiriblər ki, matç zamanı heç bir ciddi insident baş verməyib.
Matçın keçirildiyi “Lujniki” stadionunda asayişi 2,6 min polis əməkdaşı, 370 xüsusi təyinatlı polis dəstəsi əməkdaşı və 1460 daxili qoşunlarının əsgərləri qoruyurdular.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR